“Peyğəmbər” peyda olub: Azyaşlı uşaqları istismar edirmiş
Zimbabve polisi özünü “peyğəmbər” elan edən şəxsi həbs edib.
Sekta lideri olan İşmail Çokuronqerv və onun yeddi tərəfdaşı müxtəlif cinayət əməllərinə görə saxlanılıblar ki, bu cinayətlərin içində azyaşlılara qarşı zorakılıq halları da olub.
Polis Harare şəhəri yaxınlığındakı fermalardan birində axtarış aparıb və orada məktəb yaşlarında uşaqlar aşkarlayıb. Məktəbə getməyən uşaqlar ucuz işçi qüvvəsi kimi qəddar rəftara məruz qalıblar və “həyati bacarıqların öyrədilməsi” adı ilə əl əməyi ilə məşğul olublar.
Üstəlik, 251 uşaqdan 246-nın doğum haqqında şəhadətnaməsi olmayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, fermada həmçinin 16 qəbir də aşkarlanıb ki, qəbirlərdə 9 böyük və 7 uşağın basdırıldığı məlum olub.