Bakıda “Prius” “BakuBus”un avtobusu ilə toqquşub
Bakıda "Prius" 32 nömrəli avtobus ilə toqquşub.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, qəza metronun "Xətai" stansiyası yaxınlığında baş verib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
