Gənc qadın intihara cəhd edib

Gənc qadın intihara cəhd edib
Göyçay rayonunda intihara cəhd hadisəsi baş verib. Hadisə rayonun Bığır kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Rəsulzadə Şəfəq Eldar qızı yaşadığı evdə sirkə turşusu içərək intihara cəhd edib. O, təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatı xilas olunub. Ailəli olan gənc qadının hansı səbəbdən özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. 
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.(APA)

Gunaz.az

скачать dle 12.1
Geri qayıt