Sumqayıtda sexdə güclü yanğın baş verib

Sumqayıtda sexdə güclü yanğın baş verib
Sumqayıtda gecə yarısı saat 00:10 radələrində şəhərin girişinə yaxın yerdə yerləşən yağ istehsal edilən sahədə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin texnika və canlı qüvvələri yanğını söndürməyə cəlb olunub. Yanğın təqribən 400 kvadratmetrlik sexin 100 kvadratmetrini əhatə edib.
Yanğın söndürülüb. Hazırda soyutma işləri aparılır.
Xəsarət alan yoxdur.
скачать dle 12.1
Geri qayıt