Ağcabədidə gənc oğlan özünü ağacdan asaraq öldürüb. Gunaz.az-ın"Report"a istinadən xəbərinə görə, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb. Belə ki, həmin kənddə yaşayan 1994-cü il təvəllüdlü Cəfərov Şəmistan Sevindik oğlu özünü alça ağacından asaraq intihar edib. Faktla bağlı Ağcəbədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.