Sabirabadda toy karvanında qəza: Xəsarət alanlar var

Sabirabadda toy karvanında qəza: Xəsarət alanlar var
Sabirabadda toy karvanında avtomobil qəzaya uğrayıb, bir ailənin üç üzvü xəsarət alıb.
APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində baş verib.
Avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakinləri - 2013-cü il təvəllüdlü Nihad Xalid oğlu Qasımlı, 2010-cu il təvəllüdlü Kazım Xalid oğlu Qasımlı və uşaqların nənəsi -1954-cü il təvəllüdlü Cəmilə Musa qızı  Qasımova müxtəlif xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirliblər.
Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1
Geri qayıt