Masallıda ev qarın altında qalaraq uçub

Masallıda ev qarın altında qalaraq uçub
Masallı rayonunda fərdi yaşayış evi qarın ağırlığına tab gətirməyərək uçub. 
Gunaz.az-ın Cənub bürosunun məlumatına görə, hadisə rayonun Dəlləkli kəndində baş verib.
Belə ki, kənd sakini 1958-ci il təvəllüdlü Məmmədyar Mehdiyevə məxsus bir mərtəbəli ev qarın ağırlığına tab gətirməyib və uçub. Çiy kərpicdən olan evin arxa divarı uçduğundan evdən əşyaları çıxarmaq mümkün olmayıb.
скачать dle 12.1
Geri qayıt