Aksiz markasız 4400 ədəd siqaret aşkar edildi

Aksiz markasız 4400 ədəd siqaret aşkar edildi
Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarina qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" Gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "Mercedes Benz 240" markalı nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib. 
Bu barədə DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin salonundan gömrük nəzarətinə bəyan edilməyən, aksiz markası ilə markalanmayan 4400 ədəd siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Gunaz.az

скачать dle 12.1
Geri qayıt