Cəlilabadda zəlzələ olub

Cəlilabadda zəlzələ olub
Cəlilabad rayonunda zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
İlkin məlumata əsasən, yerli vaxtla saat 18:51:13-də Cəlilabaddan 23 km cənub-şərqdə Cəlilabad rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Zəlzələnin maqnitudası 3.6, dərinliyi 25 km olub. 

Gunaz.az

скачать dle 12.1
Geri qayıt