Qadın sürücü qəzaya düşərək ölüb

Qadın sürücü qəzaya düşərək ölüb
Göygöl rayonunda qadın sürcü qəzaya düşərək ölüb. 
Hadisə fevralın 7-də rayonun Aşıqlı kəndində baş verib.
Belə ki, Tovuz rayon sakini Xatirə Alyanova idarə etdiyi "Great Wall" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü X.Alyanova hadisə yerində ölüb.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Gunaz.az

скачать dle 12.1
Geri qayıt