Suriyada qaz kəməri partladıldı

Suriyada qaz kəməri partladıldı
Suriyada terroçular qaz kəmərini partladıb.
Gunaz.az xəbər verir ki, bu barədə "TASS" agentliyi bu ölkənin Elektroenergetika Nazirliyinə istinadən xəbər verib.
Məlumata görə, hadisə Rif-Dimaşk vilayətində, Cirud rayonunda qeydə alınıb. Xəbərdə bildirilir ki, "ən-Nasiriyyə" elektrostansiyasını təchiz edən qaz kəməri sıradan çıxarılıb. 
Hadisə ilə əlaqədar həmçinin elektrostansiya da fəaliyyətini dayandırıb. Qaz kəmərinin hansı silahlı qruplaşma tərəfindən sıradan çıxarılması barədə məlumat verilmir.
скачать dle 12.1
Geri qayıt