Vərziğanda ağır yol qəzası: 6 ölü, 11 yaralı

Vərziğanda ağır yol qəzası: 6 ölü, 11 yaralı
Avqustun 25-i səhər saatlarında Şərqi Azərbaycan əyalətinin Vərziğan şəhərində sərnişin avtobusunun dərəyə yuvarlanması ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Şərqi Azərbaycanın Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya açıqlama verib.

Məlumata görə, hadisə nəticəsində 6 nəfər həyatını itirib, 11 nəfər yaralanıb.

Yaralananların xəstəxanalara köçürüldüyü bildirilib.
скачать dle 12.1
Geri qayıt