Mənzildə qadın meyiti tapıldı

Mənzildə qadın meyiti tapıldı
64 yaşlı Naftalan sakininin mənzildə meyiti tapılıb.
Gunaz.az
Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Naftalan şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1953-cü il təvəllüdlü Hüseynova Firuzə Qasım qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 18:19-da başa çatıb.
скачать dle 12.1
Geri qayıt