Yaralıları aparan təcili yardım qəzaya düşdü

Yaralıları aparan təcili yardım qəzaya düşdü
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub və üç nəfər xəsarət alıb.

Həmin şəxsləri xəstəxanaya aparan təcili tibbi yardım avtomobili Ağstafa şəhərində Bayraq Meydanının qarşısında qəzaya düşüb.

Nəticədə yaralılar başqa təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1
Geri qayıt