Bakıda iki gənc qız dəm qazından zəhərləndi

Bakıda iki gənc qız dəm qazından zəhərləndi
Bakının Qaradağ rayonunda 20 yaşlı qız dəm qazından zəhərlənib. 1997-ci il təvəllüdlü Aysel Kərimova yaşadığı evdə dəm qazından zəhərlənib. 
Aysel Kərimova ailə üzvləri tərəfindən xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Oxşar hadisə Xətai rayonunda da baş verib. 1994-cü il təvəllüdlü Fatimə Gülməmmədova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Hər iki faktla bağlı araşdırma aparılır. 

Gunaz.az

скачать dle 12.1
Geri qayıt