Bakıda polis əməkdaşını maşın vurdu

Bakıda polis əməkdaşını maşın vurdu
Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtomobil yolu keçən 1997-ci il təvəllüdlü Sahib Rasim oğlu Kazımovu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Qeyd edək ki, xəsarət alan şəxs polis əməkdaşıdır.
скачать dle 12.1
Geri qayıt