Şamaxı sakini intihara cəhd edib

Şamaxı sakini intihara cəhd edib
Şamaxı rayonunda intihara cəhd hadisəsi baş verib.
Şamaxı rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Dağ Göylər kəndində baş verib.
Rayon sakini, 1995-ci il təvəllüdlü İbrahimov Coşqun Davud oğlu özünü yaşadığı evin həyətindəki tövlədə asıb. Ailə üzvləri hadisədən tez xəbər tutduğundan, onun həyatını xilas etmək mümkün olub. C.İbrahimov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Şamaxı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özümü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Gunaz.az

скачать dle 12.1
Geri qayıt