Yasamalda yataqxanada baş verən yanğına görə 52 nəfər təxliyə edilib

Yasamalda yataqxanada baş verən yanğına görə 52 nəfər təxliyə edilib
Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 15 m² olan mətbəxin yanar konstruksiyaları yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Yüksək temperaturdan dəhliz 10 m² sahədə qarsalanıb.

Yanğın zamanı 52 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.Yataqxana binasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb//axar.az
скачать dle 12.1
Geri qayıt