İki yeniyetmə dəmir yolu dayanacağından oğurluq etdi

İki yeniyetmə dəmir yolu dayanacağından oğurluq etdi
Bakıda yeniyetmələr dəmir yolu dayanacağından oğurluq edib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Zabrat-1 dəmir yolu dayanacağının pilləkənlərinə quraşdırılan məhəccərlərin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən iki yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır//metbuat.az
скачать dle 12.1
Geri qayıt