Restoranda müştərinin qızıl təsbehi oğurlandı

Restoranda müştərinin qızıl təsbehi oğurlandı
Şəmkir rayonunda 2000 manatlıq qızıl təsbeh oğurlanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şəmkir şəhəri ərazisindəki restoranların birindən Bakı şəhər sakini A.Baxşəliyevin 2000 manat dəyərində qızıl təsbehinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən rayon sakini A.Bəhramlı müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.
скачать dle 12.1
Geri qayıt