Şirvanda ağır qəza

Şirvanda ağır qəza
Şirvanda baş verən avtoqəzada 66 yaşlı sürücü ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ötən gecə H.Əliyev prospektində Şirvan sakini, 1951-ci il təvəllüdlü Musayev Allahqulu Mürşüd oğlu idarə etdiyi "VAZ" markalı, 99 BV 132 dövlət nömrə nişanlı avtomobil yolda çıxaraq, dirəyə çırpılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Şirvan şəhər xəstəxanasına çatdırlıb. Bir müddət sonra sürücü aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.

Gunaz.az

скачать dle 12.1
Geri qayıt