Rusiyada Azərbaycanlını ölümcül hala saldılar

Rusiyada Azərbaycanlını ölümcül hala saldılar
Rusiyada bazarda 39 yaşlı Azərbaycan vətəndaşı bıçaqlanıb.  
APA-nın "life.ru” saytına istinadən verdiyi məlumata görə, hadisə yanvarın 21-də saat 11.00 radələrində Peterburqun Frunze rayonunda Sofiysk tərəvəz bazarında dava-dalaş zamanı baş verib.  
Satıcılar bıçaqlanan şəxsi görüb və təcili yardım çağırıblar. Baş, boyun, sinəsindən çoxlu bıçaq zərbələri olan gənc ağır vəziyyətdə Canelidze adına xəstəxanaya yerləşdirilib.
Qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb. 

Gunaz.az

скачать dle 12.1
Geri qayıt