Avtomobil iki piyadanı vurdu

Avtomobil iki piyadanı vurdu
Lənkəranda iki piyadanı avtomaşın vurub.
Rayonun Osakuçə-Sinovlu yolunda şəxsiyyəti məlum olmayan sürücünün idarə etdiyi "NAZ Lifan”markalı minik avtomaşınla dayanacaqda gözləyən Osaküçə kənd sakinləri - 1962-ci il təvəllüdlü Rövşən Ağamirzə oğlu Bağırov və 1971-ci il təvəllüdlü Tərana Mirzəbala qızı Məhərrəmova vurulub. Onlar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. T. Mirzəbalayevanın xəsarəti yüngül olduğundan ambulator müalicəyə göndərilib. R. Bağırovun vəziyyətinin orta-ağır olduğu deyilir.

Gunaz.az

скачать dle 12.1
Geri qayıt