Pakistanda bazarda partlayış: Ölən və yaralananlar var

Pakistanda bazarda partlayış: Ölən və yaralananlar var
Pakistanda bazarda törədilən partlayış nəticəsində azı 18 nəfər ölüb, 50-dən çox insan yaralanıb. 
Hadisə ölkənin şimal-qərbində Əfqanıstanla sərhədə yaxın yerləşən Kurram əyalətinin mərkəzi şəhəri Paraçinardakı bazarlardan birində törədilib. Yerli hakmiyyət təmsilçiləri partlayıcının göyərti satılan piştaxtanın altına yerləşdirildiyini bildiriblər. Ölkənin xarici işlər naziri Çaudri Əli Xan partlayışla bağlı araşdırmanın aparılacağını söyləyib.
Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. 

Gunaz.az

скачать dle 12.1
Geri qayıt