Bakıda 6 otaqlı ev yanıb

Bakıda 6 otaqlı ev yanıb
Xəzər rayonunda 6 otaqlı evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 230 m² olan ikimərtəbəli, 6 otaqlı evin 1-ci mərtəbəsində sahəsi 12 m² olan mətbəxinin yanar konstruksiyaları yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10.54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gunaz.az

скачать dle 12.1
Geri qayıt