Şəhid xəbəri gələn kimi Akar təcili Ankaraya qayıtdı
Türkiyə milli müdafiə naziri Hulusi Akar təcili Konyadan Ankaraya gedib.
GunAz.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Konya səfərində iştirak edən Akar İraqın şimalında ordunun şəhidlər verməsi xəbərini almasından dərhal sonra Ankaraya qayıdıb.
Nazir Akar Əməliyyat Mərkəzinə gedib və onun təcili iclas keçirməsi barədə məlumat yayılıb.
Qeyd edək ki, "Pəncə-Kilid" əməliyyat bölgəsində Türkiyə ordusu 2 şəhid verib, 3 nəfər isə yaralanıb.Axar.az