200-ə qədər miqrant Aralıq dənizində batıb

200-ə qədər miqrant Aralıq dənizində batıb
Aralıq dənizində 200-ə qədər miqrantın olduğu qayıq batıb.
Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı və BMT-nin Miqrasiya Komissarlığı məlumat yayıb.
Məlumata görə, qayığın batması xəbərini xilas olan miqrantlar veriblər. Xilas olanlar İtaliyanın Siciliya adasına çıxa biliblər.
Rəsmilər təxminən 180 insanın öldüyünü düşünür.
Bu faciə 2017-ci ilin ilk böyük faciəsi olaraq qeydə alınıb.
Qeyd edək ki, ötən ilin statistikasına görə 5 min miqrant Aralıq dənizində batıb.

Gunaz.az


скачать dle 12.1
Geri qayıt