Kəlbəcərdə ağır yol qəzası olub- ÖLƏN VAR
Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə noyabrın 14-ü saat 2 radələrində rayonun Yanşaq kəndi ərazisində qeydə alınıb.
Belə ki, Neftçala rayon sakini Məcnun İsrafilov idarə etdiyi "KamAZ” markalı avtomobili dərəyə aşırıb. Nəticədə o, hadisə yerində ölüb.
Kəlbəcər Rayon Polis Şöbəsində araşdırma aparılır.