Qobustan rayonuda 3 otaqlı ev yanıb

Qobustan rayonuda 3 otaqlı ev yanıb
Qobustan rayonu, Nərimankənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin mətbəxinin tavanı yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 20.09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gunaz.az 
скачать dle 12.1
Geri qayıt