Bakıda silsilə cinayətlər törədən şəxs saxlanıldı

Bakıda silsilə cinayətlər törədən şəxs saxlanıldı
Bakının Xətai rayonunda ötən il ərzində baş verən dələduzluq və oğurluq faktlarının üstü açılıb. 
Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən paytaxt sakini Mübariz Quliyev tutulub.
Mübariz Quliyev ötən il yanvarın 29-dan dekabrın 30-dək olan müddətdə Bakı şəhər sakini olan 6 nəfərin ümumilikdə 3300 manat pulunu dələduzluq yolu ilə almaqda, habelə 1 nəfərin bankomat kartından 500 manat pul oğurlamaqda şübhəli bilinib. 
Faktla bağlı cinayət işi başlanıb. 
Gunaz.az
скачать dle 12.1
Geri qayıt