Yasamalda ağır yol qəzası olub

Yasamalda ağır yol qəzası olub

Bakının Yasamal rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə kənar dairəvi yolda qeydə alınıb.

Belə ki, qarşı yola çıxaraq qayda pozan "Uber” taksi xidmətinə məxsus 90-UP-849 qeydiyyat nişanlı, "Toyota Prius” markalı avtomobilin sürücüsü meyvə-tərəvəz daşıyan VAZ 2104 markalı avtomobillə toqquşub. Nəticədə avtomobillərə maddi ziyan dəyib və VAZ markalı avtomobildə olan qarpızlar yola səpələnib.

скачать dle 12.1
Geri qayıt