SON DƏQİQƏ
» » Ər və arvadı vuraraq öldürdü, özü və ailəsinin 3 üzvü ağır xəsarət aldı - FACİƏ

Ər və arvadı vuraraq öldürdü, özü və ailəsinin 3 üzvü ağır xəsarət aldı - FACİƏ

Tarix:

2-01-2017, 06:15

/ 5 774 dəfə oxundu.
Ər və arvadı vuraraq öldürdü, özü və ailəsinin 3 üzvü ağır xəsarət aldı - FACİƏ

Ağsu rayonunda iki ailənin faciəsi ilə nəticələnən ağır avtomobil qəzası baş verib.

 Hadisə yanvarın 1-də axşam saat 22:00 radələrində Ağsu şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Şamaxı rayonu Qurdtəpə kənd  sakini, 1970-ci il təvəllüdlü Ədilov Əmirşah Məmmədşah oğlu idarə etdiyi "VAZ 2106” markalı minik avtomobili ilə sürətlə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq piyada səkisində hərəkət edən iki nəfəri-Ağsu şəhər sakini 1958-ci il təvəllüdlü Xəyyam Əliyevi və onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Xatirə Əliyevanı vurub. Ağır xəsarətlər alan ər və arvad hadisə yerində dünyasını dəyişib.

Piyadaları vuran avtomobil sonra hasara çırpılaraq aşıb. Zərbənin təsiri nəticəsində avtomobilin sürücüsü Əmirşah Ədilov, onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Ədilova Məhbubə Sədulla qızı, və övladları, 2000-ci il təvəllüdlü Əmrah  Ədilov və 1998-ci il təvəllüdlü Afaq Ədilova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onların vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.   

Gunaz.az
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ