SON DƏQİQƏ
» » Azərbaycanda dəhşətli partlayış- YARALILAR VAR

Azərbaycanda dəhşətli partlayış- YARALILAR VAR

Tarix:

28-12-2021, 14:44

/ 1 246 dəfə oxundu.
Azərbaycanda dəhşətli partlayış- YARALILAR VAR

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti Mingəçevirdə baş vermiş partlayışla bağlı məlumat yayıb.

Bildirilib ki, şəhərdə ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evdə məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Nəticədə evin dam örtüyü çöküb, divarları dağılıb və 12 m2 sahədə taxta konstruksiyaları yanıb.

Partlayışın dalğasından həyətyanı sahədə dayanmış "VAZ" markalı minik avtomobilinin şüşələri sınıb, qonşu evlərin dam örtüyünə və pəncərə çərçivələrinə ziyan dəyib.

Partlayış zamanı evdə olan 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

скачать dle 12.1

Şərhlər