SON DƏQİQƏ

İranla sərhəddə Türk zabiti ŞƏHİD OLDU

Tarix:

14-05-2021, 08:07

/ 4 199 dəfə oxundu.
İranla sərhəddə Türk zabiti ŞƏHİD OLDU

Türkiyə-İran sərhəd xəttində terror hücumu nəticəsində Xüsusi Əməliyyat Polisinin zabiti şəhid olub.

GunAz.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Ağrı vilayətimizdə, Türkiyə-İran sərhəd xəttində sərhəd divarının inşaatının təhlükəsizliyinə məsul olan qəhrəman Xüsusi Əməliyyat Polisinin zabiti Veli Kabalay terror təşkilatı üzvlərinin İran tərəfində açdıqları atəş nəticəsində şəhid olub. Şəhidimizə Allahdan rəhmət, əziz millətimizə, kədərli ailəsinə və Türk Polis Təşkilatımıza başsağlığı diləyirik", - nazirliyin məlumatında deyilir.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ