SON DƏQİQƏ

Azərbaycanın tanınmış cərrahı VƏFAT ETDİ

Tarix:

10-04-2021, 11:33

/ 3 552 dəfə oxundu.
Azərbaycanın tanınmış cərrahı VƏFAT ETDİ

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatoloji və üz-çənə kafedrasının professoru, tibb üzrə elmlər doktoru Mahir Əliyev vəfat edib.

GünAz.az xəbər verir ki, o, 65 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, M.Əliyev 1956-cı ildə anadan olub. 1963-1973-cü illərdə Bakıdakı 36 saylı orta məktəbdə oxuyub. 1972-1978-ci illərdə isə Azərbaycan Tibb Universitetində ali təhsil alıb. SSRİ Səhiyyə Nazirliyi Mərkəzi Tədqiqat Stomatologiya İnstitutunun (1982-1986) aspiranturasını bitirib.

Terapevtik Stomatologiya sahəsində 170-dən çox elmi nəşrin (o cümlədən, 3 dərslik, 10-dan çox dərs vəsaiti, 2 patent, 4 səmərələşdirici təklif) müəllifidir./report/

Allah rəhmət eləsin!

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ