SON DƏQİQƏ

Arılar sakinlərə hücum edib

Tarix:

12-05-2020, 08:54

/ 3 446 dəfə oxundu.
Arılar sakinlərə hücum edib

Qvatemalada yerli sakinlər arıların hücumuna məruz qalıb.

"Report” xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) ölkədəki nümayəndəliyi özünün "Twitter”dəki səhifəsində bildirib.

Qeyd edilir ki, hadisə ölkənin qərbindəki El-Palmar ərazisində baş verib. Hücum nəticəsində azı 15 nəfər zərər çəkib. Onlar arasında iki uşaq da var.

Zərərçəkənlərin hamısına tibbi yardım göstərilib. Onlardan birini - qoca kişini xəstəxanaya çatdırmaq lazım gəlib.

Həşəratların hücumunun səbəbi açıqlanmır.

скачать dle 12.1

Şərhlər