SON DƏQİQƏ
» » İranda şok statistika: 565 nəfər dənizdə boğuldu

İranda şok statistika: 565 nəfər dənizdə boğuldu

Tarix:

7-08-2019, 08:15

/ 2 731 dəfə oxundu.
İranda şok statistika: 565 nəfər dənizdə boğuldu

İranda dəniz, çay, göl, su anbarları və su hovuzlarında 138 gün ərzində 863 nəfər boğulub.

Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi deyib.

M.Xalidinin sözlərinə görə, onların 565-i həyatını itirib.

Boğulanların 5%-i 3 yaşdan aşağı, 15%-i 4-10 yaş, 22%-i 11-21 yaş, 24%-i 21-30 yaş, 16%-i 31-40 yaş, 7%-i 41-50 yaş, 5%-i 51-60 yaş, 7%-i 61 yaşdan yuxarı şəxslərdir:

“Ən azyaşlısı – 6 aylıq oğlan uşağı Ərdəbilin Təzəkənd kəndində boğulub, onun həyatını xilas etmək mümkün olub. Ən yaşlı şəxs- 95 yaşlı kişi isə Urmiyada boğulub və dünyasını dəyişib”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ