SON DƏQİQƏ

Xəzərə düşən hərbi təyyarəmiz tapıldı

Tarix:

26-07-2019, 08:50

/ 1 867 dəfə oxundu.
Xəzərə düşən hərbi təyyarəmiz tapıldı

Dünən axşam saatlarında təlim-məşq uçuşları keçirən zaman Xəzər dənizinə düşən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsi tapılıb.
GunAz.az xəbər verir ki, bunu "Qafqazinfo”ya açıqlamasında tanınmış politoloq Qabil Hüseynli bildirib.
Onun sözlərinə görə, hərbi təyyarə sabah quruya çıxarılacaq: "Axtarışlarla bağlı hələlik bir yenilik yoxdur. Amma deyəsən, təyyarə tapılıb. Təxminən Giləzi ilə Şuraabad ərazisindədir. Sabah kranla quruya çıxaracaqlar”.
Qeyd edək ki, Qabil Hüseynli sözügedən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatasıdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ