SON DƏQİQƏ

Neftçalada ata oğlunu xəstəxanalıq etdi

Tarix:

13-04-2019, 21:55

/ 10 492 dəfə oxundu.
Neftçalada ata oğlunu xəstəxanalıq etdi

Bu gün axşam saatlarında Neftçala rayonun Yuxarı Qaramanlı kəndində ata oğluna ağır xəsarət yetirib.

GunAz.az xəbər verir ki, kənd sakini Sakit Kazımov aralarında baş vermiş münaqişə zəminində 28 yaşlı oğlu Zahid Kazımova baş nahiyəsindən bellə xəsarət yetirib.

Ağır xəsarət alan Zahid Kazımov Neftçala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisə baş verən vaxt Z.Kazımovun sərxoş vəziyyətdə olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.(Virtualaz.org)

скачать dle 12.1

Şərhlər