SON DƏQİQƏ
» » Qazaxıstanda helikopter qəzası: 13 ölü - YENİLƏNDİ

Qazaxıstanda helikopter qəzası: 13 ölü - YENİLƏNDİ

Tarix:

27-03-2019, 20:34

/ 10 235 dəfə oxundu.
Qazaxıstanda helikopter qəzası: 13 ölü - YENİLƏNDİ

Qəzaya uğrayan helikopterin ekipajı həlak olub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ölkə prezidenti Kasım-Jomart Tokayev tvitter səhifəsində yazıb.

“Qızıl Orda vilayətində Müdafiə Nazirliyinin helikopteri qəzaya uğradı. Helikopter hərbi təlim çərçivəsində uçuş yerinə yetirirdi. Helikopterin ekipajı həlak oldu. Araşdırmanın başladılması üçün mənim tərəfimdən əmr verilib”, - dövlət başçısı qeyd edib.

***

Bu gün Qazaxıstanın Qızıl Orda vilayətində göyərtəsində 13 nəfərin olduğu hərbi helikopter qəzaya uğrayıb.

Publika.az “Kazinform” agentliyinə istinadla xəbər verir ki, naməlum şəraitdə yerə çırpılan helikopter tamamilə yanıb. İlkin məlumata görə, qəza nəticəsində həlak olanlar var. Zərər çəkənlərin sayı və vəziyyəti dəqiqləşdirilir. Uçuşun qaranlıq vaxtı və mürəkkəb meteoroloji şəraitdə həyata keçirildiyi bildirilir.

Müdafiə nazirinin əmri ilə yaradılan xüsusi komissiya qəza yerinə göndərilib. Hadisənin səbəblərini aydınlaşdırmaq üçün təhqiqat başlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ