SON DƏQİQƏ
» » FHN zələzələ baş verən ərazidən görüntü yaydı - Fotolar

FHN zələzələ baş verən ərazidən görüntü yaydı - Fotolar

Tarix:

6-02-2019, 18:02

/ 10 631 dəfə oxundu.
FHN zələzələ baş verən ərazidən görüntü yaydı - Fotolar

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və nazirliyin digər rəhbər şəxsləri fevralın 5-də gecə saatlarında baş vermiş zəlzələnin nəticələri ilə yaxından tanış olmaq məqsədilə fevralın 6-da həmin əraziyə gəliblər.

FHN-dən GunAz.az-a verilən məlumata görə, nazir Kəmaləddin Heydərov zəlzələ nəticəsində zərər çəkmiş binaların vəziyyəti ilə tanış olub, yerli sakinlərlə söhbət edib.

Zəlzələdən zərər çəkmiş yaşayış evlərindəki vəziyyətlə tanış olan nazir Kəmaləddin Heydərov bildirib ki, mütəxəssislər ziyan dəymiş binaların dayanıqlığını və vəziyyətini araşdırırlar.

Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, vəziyyət tam nəzarətə götürülübvə rayon Fövqəladə hallar komissiyaları ilə birlikdə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün zəruri tədbirlər görüləcək.

Nazir onu da bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun könüllüləri də bu işdə yaxından iştirak edəcəklər. Qəzalı vəziyyətdə olan evlərin sakinləri başqa evlərdə müvəqqəti yerləşdiriləcək.

Qeyd edək ki, zəlzələ baş vermiş ərazinin vəziyyətinin qiymətləndirilməsi və nəticələrinin aradan qaldırılması üçün dərhal bölgəyə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Şimal-qərb Regional Mərkəzinin 118 nəfər şəxsi heyəti, 15 texnikası və xüsusi təlim keçmiş itlər cəlb olunub.

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ