SON DƏQİQƏ

Avtobus TIR-a çırpıldı - YARALILAR VAR

Tarix:

6-02-2019, 13:12

/ 10 295 dəfə oxundu.
Avtobus TIR-a çırpıldı - YARALILAR VAR

Abşeron rayonunda sərnişin avtobusu qəza törədib.

GunAz.az xəbər verir ki, hadisə bu gün Abşeron rayonun Atyalı adlanan qəsəbəsində baş verib.

99-KU-551 dövlət qeydiyyat nömrəli sərnişin avtobusu yüksək sürətlə yol kənarında dayanan TIR-a çırpılıb. İlkin məlumatlara görə, avtobusun əyləc sistemi tutmayıb, idarəetməni itirərək TIR-a çırpılıb.

Yaralanan sərnişinlər arasında hamilə qadının olduğu bildirilib. Hadisə yerinə polis və altı təcili tibbi yardım maşını cəlb edilib.

Hadisə nəticəsində yaralanan sərnişinlər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan Oxu.Az-a verilən məlumata görə, hazırda müxtəlif dərəcəli xəsarətlərlə 10 nəfər yaralı xəstəxanaya yerləşdirilib:

“10 nəfər yaralı gətirilib. Hazırda yaralılara təcili yardım göstərilir”.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ