SON DƏQİQƏ
» » Küləyin sürəti şiddətlənir - Qərargahdan son məlumat

Küləyin sürəti şiddətlənir - Qərargahdan son məlumat

Tarix:

17-01-2019, 19:44

/ 10 277 dəfə oxundu.
Küləyin sürəti şiddətlənir - Qərargahdan son məlumat

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılmış Qərargah hava şəraiti ilə bağlı növbəti məlumat yayıb.

GunAz.az-a daxil olan məlumata görə, hazırda əsasən bu prosesin ən kəskin dövrü müşahidə olunmaqdadır.

Belə ki, 17 yanvar saat 17:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti Pirallahıda 30 m/s, Bakı, Sumqayıt, Maştağa, Biləcəridə 40 m/s-dək şiddətlənib.

Dalğanın maksimal hündürlüyü açıq dənizdə 7,9 metr təşkil edir.

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə isti təşkil edir.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ