SON DƏQİQƏ

İstanbulda dəniz reysləri dayandı

Tarix:

7-01-2019, 11:03

/ 10 200 dəfə oxundu.
İstanbulda dəniz reysləri dayandı

İstanbul akvatoriyasında dəniz reysləri təxirə salınıb.

GunAz.az-ın məlumatına görə, reyslərin təxirə salınması barədə Türkiyənın Dəniz nəqliyyatının idarə edilməsi üzrə təşkilatından bildiriblər.

Bu dəfə reyslərin təxirə salınmasına səbəb İstanbul akvatoriyasında güclü qar və küləyin müşahidə olunmasıdır.

Eyni səbəbdən Bursada da dəniz reyslərinin dayandırıldığı bildirilir.

Meteoroloqlar belə qarlı və küləkli hava şəraitinin hələ bir neçə gün davam edəcəyini proqnozlaşdırıblar.

Bildirilir ki, reyslərdə yaranmış bu fasilə ilə əlaqədar "Marmara" tuneli gücləndirilmiş iş rejiminə keçib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ