SON DƏQİQƏ

Bakı metrosunda HADİSƏ- Qadın…

Tarix:

10-12-2018, 14:22

/ 10 278 dəfə oxundu.
Bakı metrosunda HADİSƏ- Qadın…

Dünən metronun “Xalqlar Dostluğu” stansiyasında bir qadının halı pisləşib.

GunAz.az Oxu.az-a istinadla xəbər verir ki, o, platformada huşunu itirərək yerə yıxılıb.

Təxminən 30-35 yaşlarında olan qadın 15 dəqiqəyə yaxın huşsuz vəziyyətdə qalıb.

Hadisə ilə bağlı “Bakı Metropliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib. Onun sözlərinə görə, hadisə dünən saat 19:25-də metronun “Xalqlar Dostluğu” stansiyasında qeydə alınıb:

“Sərnişinlərdən birinin halı pisləşib. Hadisə zamanı xanımın yanında olan şəxs onun epilepsiya xəstəsi olduğunu deyib. Metropoliten işçiləri ilkin yardım göstəriblər, daha sonra təcili yardım briqadası çağırılıb. Xanım özünə gəlib. Rahat vəziyyətdə öz yoluna davam edib”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ