SON DƏQİQƏ

Maşın ağaca çırpıldı: 4 yaralı var

Tarix:

24-10-2018, 19:07

/ 10 322 dəfə oxundu.
Maşın ağaca çırpıldı: 4 yaralı var

Oğuz rayonunda yol qəzası baş verib.

GunAz.az report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "VAZ-2107" markalı, 90 LZ 907 dövlət qeydiyyatı nişanlı avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildəki sərnişinlər - Qax rayon sakinləri Ruhiyə Qurbanova, Elmira Qurbanova (uşaq), Məryəm Azər qızı İmanova və Mədinə Mənsur qızı Qurbanova Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicələrinin davam etdirilməsi üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.

Faktla bağlı araşdırma aparılır. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ