SON DƏQİQƏ

Badamdardakı sürüşmə evin hasarını uçurdu

Tarix:

15-10-2018, 17:45

/ 10 300 dəfə oxundu.
Badamdardakı sürüşmə evin hasarını uçurdu

Badamdarda sürüşmə zonasının üst hissəsindəki evlərin hasarlarının birində uçqun töküntü prosesi qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən GunAz.az-a bildirilib ki, saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə zonasında gərginlik davam edir. Sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti müşahidə olunub.

Ərazinin üst hissəsindəki evlərin hasarlarının birində eni 2, hündürlüyü 1 metr olan hissədə uçqun töküntü prosesi qeydə alınıb.

скачать dle 12.1

Şərhlər