SON DƏQİQƏ
» » İstirahətə gedən gənci avtomobil vurub - LƏNKƏRANDA

İstirahətə gedən gənci avtomobil vurub - LƏNKƏRANDA

Tarix:

9-09-2018, 19:18

/ 10 213 dəfə oxundu.
İstirahətə gedən gənci avtomobil vurub - LƏNKƏRANDA

Lənkəran rayonunun Səpnəkəran kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

GunAz.az-ın "Report"a istinadən məlumatına görə, Lənkərana istirahətə gələn 1998-ci il təvəllüdlü Bakı şəhər sakini Nurulla Baxşıyev "Mercedes" markalı avtomobil tərəfindən vurulub.

Yaralı ətrafdakıların köməkliyi ilə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Baş və döş qəfəsindən ağır travma alan yaralı koma vəziyyətindədir. Diaqnostik müayinələrdən sonra N.Baxşıyev Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ