SON DƏQİQƏ
» » Bakıda müəmmalı hadisə - Təcili yardımın apardığı xəstə yoxa çıxdı

Bakıda müəmmalı hadisə - Təcili yardımın apardığı xəstə yoxa çıxdı

Tarix:

7-09-2018, 19:31

/ 10 296 dəfə oxundu.
Bakıda müəmmalı hadisə - Təcili yardımın apardığı xəstə yoxa çıxdı

Bakıda alkoqol xəstəsi itkin düşüb.

GunAz.az xəbər verir ki, Bu barədə Nərimanov Polis İdarəsinin 18-ci polis bölməsinə Beyləqan rayon sakini Sahib Həsənov məlumat verib. Məlumatda bildirilir ki, hadisə 4-5 gün əvvəl baş verib.

Cəlilabad rayon sakini, 1981-ci il təvəllüdlü alkoqol asılılığından əziyyət çəkən Əzizov İntiqam Akif oğlu 4-5 gün əvvəl Bakının Nərimanov rayonunun Təbriz küçəsi 17 ünvanının qarşısından Təcili Tibbi Yardım Stansiyasının avtomobili ilə götürülərək xəstəxana adı ilə aparılıb.

Həmin gündən etibarən İ.Əzizovun hansı tibb müəssisəsində saxlanılması barədə məlumat yoxdur.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsində araşdırmalara başlanıb.(Trend)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ