SON DƏQİQƏ

Kanadada ardıcıl iki atışma: ölənlər var

Tarix:

3-09-2018, 09:02

/ 10 257 dəfə oxundu.
Kanadada ardıcıl iki atışma: ölənlər var

Kanadada iki atışma hadisəsi baş verib.

GunAz.az xəbər verir ki, hər iki hadisə Bramptonda qeydə alınıb. Hüquq-mühafizə orqanları hesab edir ki, silahlı insidentlər qəsdən törədilib.

Qeyd edilir ki, atışmalardan birinin baş verdiyi yerdə yaralı kişi və qadın müəyyən edilib. Onlar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Lakin kritik vəziyyətdə olan kişi xəstəxanada ölüb.

Yerli vaxtla saat 06:30-da hüquq-mühafizə orqanları daha bir atışma barədə məlumat alıblar. Bulvarda, hadisənin olduğu ərazidə kişi cəsədi aşkarlanıb. Polis hesab edir ki, bu hadisələr bir-biri ilə əlaqəlidir. Faktla bağlı hələ ki, hər hansı şübhəli şəxsin saxlanılıb-saxlanılmaması barədə məlumat yoxdur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ